Nərimanov rayonunda, Heydər Əliyev Mərkəzinin yaxınlığında eksklüziv 3 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil yüksək keyfiyyətlə və şəxsi yaşayış üçün təmir olunub. Təmir zamanı bahalı və keyfiyyətli materiallardan istifadə edilib, hər bir detal xüsusi zövqlə seçilib. Geniş və funksional otaqları, zövqlə işlənmiş interyeri ilə seçilən mənzil rahat və komfortlu yaşayış üçün ideal seçimdir.
Mənzil ipotekaya yararlıdır. Qazı və çıxarışı (kupçası) var.
Binanın ətrafında gündəlik yaşayış üçün bütün zəruri infrastruktur mövcuddur: məktəblər, uşaq bağçaları, supermarketlər, restoranlar, ticarət və xidmət obyektləri. Şəhərin əsas nöqtələrinə rahat çıxış imkanı var.
Həm şəxsi yaşayış, həm də investisiya üçün dəyərli təklifdir.