Satılır 3 otaqlı köhnə tikili 61 m²
Sumqayıt şəhəri, Birləşmiş məhəllədə yerləşən mənzil satışa təqdim olunur. 4 mərtəbəli daş binanın 2-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 61 kv.m təşkil edir. 3 otaqdan ibarət olan mənzil yelçəkən (skvoznoy) layihəlidir, orta mərtəbədə və orta blokda yerləşir. Yol kənarında yerləşməsi sayəsində həm küçəyə, həm də binanın həyətinə mənzərəsi var. Mərkəzi istilik sistemi ilə təchiz olunub. Sənədləri tam qaydasındadır, kupçası mövcuddur. Satış zamanı mənzildə gördüyünüz bütün mebel və məişət texnikası olduğu kimi qalacaq. Qeyd edək ki, elektronika və məişət texnikasının əksəriyyəti cəmi 1 ay əvvəl alınıb və hamısının zəmanəti mövcuddur. Yeni sahibinə əlavə xərc tələb etmədən, tam əşyalı vəziyyətdə təhvil veriləcək.